Bayden Ukrayna ilə bağlı sərəncam verdi
Dünya
26.09.2024 02:34
ABŞ Prezidenti Cozef
Bayden Ukraynaya 375 milyon dollar məbləğində hərbi yardım ayırmaq haqqında
sərəncam verib.
TodayPress xəbər verir ki, bu barədə Ağ evin
bəyanatında bildirilib.
Sənəddə qeyd olunub ki, Amerika lideri ölkənin dövlət
katibi Antoni Blinkenə “müdafiə məhsulları”, habelə ümumi dəyəri 375 milyon
dollar olan “Ukraynaya yardım məqsədilə hərbi hazırlıq və təlimlər” daxil
olmaqla ABŞ Müdafiə Nazirliyinin xidmətlərini təmin etmək səlahiyyəti verib.
tag: Bayden, Cozef, Ukrayna, ABŞ,Ağ Ev, todaypress.az,