Bayden: “Trampın toxunulmazlığı Amerika üçün təhlükəlidir”
Dünya
02.07.2024 10:40
Ali Məhkəmənin Donald Trampın rəsmi hərəkətlərinə görə mühakimə oluna bilməyəcəyi barədə qərarını şərh edən Cozef Bayden onu "təhlükəli prezident" adlandırıb.
TodayPress xəbər verir ki, ABŞ prezidenti bu sözləri Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Baydenin sözlərinə görə, məhkəmənin verdiyi qərar onu deməyə əsas verir ki, ABŞ rəhbərliyinin səlahiyyətləri artıq qanunla məhdudlaşdırılmayacaq.
"Bu millət Amerikada kralların olmadığı prinsip üzərində qurulub. Heç kim qanundan üstün deyil, hətta ABŞ prezidenti belə" deyə Bayden əlavə edib.
Töhfə Səmədova
tag: Bayden, Tramp, Amerika, ABŞ, Prezident, todaypress.az,