Bayden: Trampın sözləri ABŞ prezidentinə layiq deyil
Dünya
28.10.2024 23:56
ABŞ prezidenti Cozef Bayden respublikaçıların dövlət
başçısı vəzifəsinə namizədi Donald Trampın ölkə rəhbərinə ləyaqətsiz
danışdığını bildirib.
TodayPress xəbər verir ki, o , bu
barədə erkən səsvermə məntəqəsində bildirib.
“Bu, sadəcə olaraq utancvericidir. Heç bir prezidentə
layiq deyil. Amma biz buna öyrəşmişik. Ona görə də bu seçkilər çox vacibdir” deyə
prezident bildirib.
Bayden əlavə edib ki, ABŞ prezident seçkilərində
Demokrat namizəd Kamala Harris qalib gələcək.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib
ki, Bayden və onun administrasiyası Trampı faşist hesab edir.
"Siz keçmiş prezidentin bir gün diktator
olacağını dediyini eşitdiniz" o vurğulayıb.
Aynur TAC
tag: Bayden, Tramp, Ağ Ev, Kamala Harris, Prezident, todaypress.az,