Bayden Trampın rekordunu təzələdi
Dünya
24.12.2024 19:45
ABŞ prezidenti Cozef Bayden federal məhkəmələrə rekord sayda hakim təyinatı ilə Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın ilk prezidentlik dövründəki rekordunu təzələyib.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Nəşr qeyd edib ki, ABŞ Konqresinin sonuncu sessiyasının axırında Bayden 235 hakim təyin edib. Tramp da isə bu göstərici 234-dür.
Nəşr vurğulayıb ki, bu, 1980-ci illərdən bəri bir prezidentlik dövründə qeydə alınan ən böyük təyinat olub.
Günəş Mərd
tag: ABŞ ,Cozef Bayden,Donald Tramp,Konqres,todaypress.az,