Bayden: “Trampın qayıdışına görə məsuliyyəti üzərimə götürürəm”
ABŞ-nin sabiq prezidenti Cozef Bayden Donald Trampın yenidən Ağ Evə qayıtmasına görə özünü məsuliyyətli hesab etdiyini bildirib.
TodayPress xəbər verir ki, o, bu fikirləri “ABC” telekanalına verdiyi müsahibədə səsləndirib.
“Mən məsuliyyəti qəbul edirəm. Əsas fiqur idi və o qalib gəldi. Bu səbəbdən özümü məsul hiss edirəm” deyə Bayden vurğulayıb.
Sabiq prezidentin sözlərinə görə, onun dövründə seçicilər sərhəd təhlükəsizliyi və həyat tərzinin bahalaşması ilə bağlı narahatlıqlar yaşayıb və bu da seçkilərin nəticələrinə təsir etmiş ola bilər.
Bayden əlavə edib ki, əgər seçki mübarizəsini davam etdirsəydi, Tramp üzərində qələbə qazana bilərdi. O, 2020-ci ildə topladığı səs sayının Trampın 2024-cü ildə qazandığından çox olduğunu xatırladıb. Bayden həmçinin pandemiyanın ABŞ və digər ölkələrdə liberal demokratlara mənfi təsir göstərdiyini, bir çox məsələlərdə ictimai rəyin dəyişməsinə səbəb olduğunu bildirib.
Qiymət Mahir
tag: Bayden,Tramp,ABŞ,Ağ Ev,todaypress.az,