Bayden Trampın andiçmə mərasimində iştirak edəcək
Dünya
07.11.2024 11:10
ABŞ prezidenti Cozef Bayden seçilmiş dövlət başçısı Donald Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "NBC" televiziyası məlumat yayıb.
Qeyd edək ki, inaqurasiya yanvarda baş tutacaq.
Bundan başqa, Respublikaçıların seçki qərargahı yaxın vaxtlarda Baydenlə yeni seçilmiş prezident Tramp arasında görüşün baş tutacağını bildirib.
Töhfə Səməd
tag: ABŞ, Bayden, Tramp, Prezident, İnaqurasiya, todaypress.az,