Bayden Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etdi
Dünya
07.11.2024 03:34
ABŞ Prezidenti Co Bayden
Demokratların namizədi, vitse-prezident Kamala Harrisin ardınca respublikaçı
Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə
təbrik edib.
TodayPress xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Bayden hakimiyyətin dinc keçidini təmin etmək öhdəliyini qeyd edib, həmçinin Trampı Ağ Evə görüşə dəvət edib.
tag: Tramp, ABŞ, Bayden, Seçki, Ağ Ev, todaypress.az,