Bayden: “Tramp siyasi cəhətdən təcrid olunmalıdır”
ABŞ prezidenti Cozef Bayden Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın demokratiya üçün təhlükə yaratdığını, ona görə də onun siyasi cəhətdən təcrid olunmalı olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz onu siyasətdən uzaqlaşdırmalıyıq. Siyasi baxımdan onu bloklamaq lazımdır. Biz bunu etməliyik” deyə Bayden bildirib.
Bayden həmçinin əlavə edib ki, Tramp ABŞ Konstitusiyasının təminatlarına məhəl qoymur. Buna görə də Tramp Kamala Harrisi məğlub edərsə, ABŞ demokratiyası risk altında olacaq.
Töhfə Səməd
tag: ABŞ,Cozef Bayden, Tramp,Harris, todaypress.az,