Bayden terrorun baş verdiyi əraziyə gedəcək
ABŞ
Prezidenti Cozef Bayden ən azı 15 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə
bağlı Luiziana ştatının Yeni Orlean şəhərinə gedəcək.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər yanvarın 6-da baş tutacaq.
ABŞ prezidenti və
xanımı terror aktı zamanı həlak olanların ailələri, habelə yerli hakimiyyət
nümayəndələri ilə görüşəcəklər.
tag: ABŞ, Bayden, Terror, Ağ Ev, todaypress.az,