Bayden Tayvana hərbi yardım ayırdı
Dünya
21.12.2024 10:42
ABŞ-nin hazırkı prezidenti Cozef Bayden deyib ki, o, Tayvana hərbi yardımı prezidentin ölkənin silah və hərbi texnika ehtiyatlarından xaricə yardım ayırmaq hüququ əsasında həyata keçirib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Baydenin bəyanatında qeyd olunub ki, o, ABŞ Dövlət Katibi Antoni Blinkenə Tayvanı dəstəkləmək üçün “DoD” müdafiə vasitələri və xidmətləri, hərbi təhsil və təlimlər üçün 571,3 milyon dollara qədər vəsaitin istifadəsini idarə etmək səlahiyyətini verib.
Bundan əvvəl Tayvan “Abrams” tanklarının ilk partiyasını ABŞ-dən alıb. Dekabrın 16-na olan məlumata görə, 108 “M1A2T Abrams” tankından 38-i ölkəyə gətirilib.
Töhfə Səməd
tag: Bayden ,ABŞ, YArdım, Milyon, todaypress.az,