Bayden Suriyaya iki zərbə endirilməsi əmrini verdi
Dünya
07.12.2024 11:13
ABŞ prezidenti Cozef Bayden hərbçilərə noyabr ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı hədəflərinə iki dəfə zərbə endirməyi əmr edib.
TodayPress xəbər verir ki, bu barədə Baydenin Konqresə məktubunda deyilir.
“Mən ABŞ qüvvələrinə 11 noyabr 2024-cü il və 26 noyabr 2024-cü il tarixlərində Suriyada SEPAH və ona bağlı olan qrupların hədəflərinə ayrı-ayrılıqda zərbələr endirməyi əmr etmişəm” deyə sənəddə yazılıb.
Qeyd olunur ki, bu hərbi əməliyyatlar Suriyadakı Amerika hədəflərinə yönəlmiş hücumlara cavab olaraq həyata keçirilib.
Töhfə Səməd
tag: Bayden ,Suriya, Zərbə, Əmr, todaypress.az,