Bayden sui-qəsd cəhdindən sonra Trampla əlaqə saxlaya bilmədi

Dünya

17.09.2024 05:18

ABŞ prezidenti Co Bayden bildirib ki, sui-qəsd cəhdindən sonra sələfi Donald Trampla əlaqə saxlaya bilməyib.


TodayPress xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin mətbuat xidməti məlumat yayıb.


“Bayden Trampa zəng vurub, lakin onun telefonuna zəng çatmayıb” məlumatda deyilir.


Eyni zamanda ABŞ prezidenti Trampla yenidən əlaqə saxlamağa çalışacağına söz verib.

tag: Bayden, Tramp, ABŞ, Ağ Ev, Sui-qəsd,todaypress.az,