Bayden sona qədər “vuruşacağını” dedi

Dünya

04.07.2024 17:56

Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti Cozef Bayden noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyanı tərk etmək istəmədiyini deyib.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Öz seçki komandasının narazı üzvlərinin zənglərinə cavab verən Bayden heç yerə getməyəcəyini deyib. O, seçkilərə qatılacağını, Demokratlar partiyasının lideri kimi qalmağa davam etdiyini və heç kimin onu bu yarışdan kənarlaşdıra bilməyəcəyini bildirib. 

Xatırladaq ki, Baydenlə Tramp arasındakı prezidentlik yarışı çərçivəsində iyunun 28-də baş tutan ilk debat hazırkı dövlət başçısı üçün böyük uğursuzluqla nəticələnib. 

Debatlar zamanı ABŞ prezidentinin səsi tez-tez boğulub. Bayden administrasiyası açıqlama verərək bunu soyuqdəymə ilə əlaqələndirib. Bundan sonra hazırki ölkə başçısı özünün prezdentliyə namizəd ola biləcəyini sübut etmək və komandasını razı sala bilmək üçün 24 demokrat qubernator və Vaşinqtonun meri ilə virtual şəkildə və şəxsən görüşüb. 

ABŞ mətbuatı bildirir ki, seçkilərin keçiriləcəyi noyabr ayında 82 yaşı tamam olacaq Cozef Bayden Ağ Evdəki vəzifəsini itirmək perspektivi ilə heç cür barışmaq istəmir.

Töhfə Səmədova

tag: Bayden, Amerika, Seçki, Tramp, Debat, todaypress.az,