Bayden “sanksiyalar kralı” seçildi
ABŞ prezidenti Cozef Baydenin dövrü Birləşmiş Ştatların müasir tarixində ən çox sanksiyalar tətbiq olunan dövrdür.
Todaypress xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Baydenin dövründə Vaşinqton müxtəlif ölkələrə qarşı Donald Trampın dövlət başçısı olduğu illərlə müqayisədə iki dəfə çox sanksiya tətbiq edib. Orta hesabla, Bayden ildə 2 mindən çox məhdudiyyət tətbiq edib: 2024-cü ilin oktyabr ayına onların sayı artıq 8,107-yə çatıb, eyni zamanda, 1,689 sanksiya ləğv edililib. Amerika sanksiyalarının təxminən 60%-i Moskvaya qarşı tətbiq edilib.
Eyni zamanda, Trampın prezidentliyi dövründə sanksiyalar üçün ən zəngin il 2018-ci il olub. O zaman Vaşinqton Tehranla nüvə sazişindən çıxıb və İrana qarşı nüvə silahının inkişafı ilə bağlı ittihamlar səsləndirib. Bu fonda altı il əvvəl İranın bir sıra iqtisadi sektorları, o cümlədən neft-kimya və maliyyə sektorları ABŞ-nin sərt sanksiyalarına məruz qalıb. Tramp 2018-ci il ərzində ümumi sanksiyaların üçdə birindən çoxunu tətbiq edib.
Günəş Mərd
tag: ABŞ,Bayden,Sanskiya,Tramp,İran,Moskva,Todaypress.az,