Bayden Rusiyanın tənqid etdi

Dünya

26.12.2024 12:38

ABŞ-nin hazırkı prezidenti Cozef Bayden Rusiyanın Ukraynanın hərbi sənaye kompleksinə və ölkənin enerji infrastrukturuna hücumlarından qəzəblənib. 

TodayPress xəbər verir ki, siyasətçinin sözlərini "The Hill" qəzeti yazıb.

“Biz hesab edirik ki, bu dəhşətli hücumun məqsədi ukraynalıları qışda istilik və elektrik enerjisindən məhrum etməkdir” Amerika lideri qeyd edib.

Baydenin sözlərinə görə, dünya Birləşmiş Ştatlar ilə birlikdə Ukraynaya münaqişədə qalib gələnə qədər yardım göstərməyə davam etməlidir. Bundan əlavə, siyasətçi vurğulayıb ki, Vaşinqton Kiyevin mövqelərini gücləndirmək üçün yorulmadan çalışmaqda davam edəcək.

Dekabrın 25-də Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə və hərbi-sənaye kompleksinə kütləvi hücuma keçib. Partlayışlar Kiyev, Xarkov, Kremençuq, Dnepropetrovsk, Krivoy Roq və İvano-Frankovsk vilayətində baş verib.

Töhfə Səməd

tag: ABŞ, Bayden, Ukrayna ,Rusiya, todaypress.az,