Bayden Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür
Dünya
24.12.2024 17:20
ABŞ prezidenti Cozef Bayden səlahiyyətlərinin son həftələrində Rusiyanın enerji sektoruna qarşı genişmiqyaslı yeni sanksiyalar tətbiq etməyi düşünür.
TodayPress xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, belə bir qərarın Rusiya ilə mümkün nizamlanma danışıqları zamanı seçilmiş prezident Donald Trampın gələcək komandasına daha çox təsir rıçaqları vermək üçün hazırlanacağı iddia edilir. Mənbələrin bildirdiyinə görə, sanksiyalar Rusiya neftini qeyri-Qərb ölkələrinə daşıyan xarici gəmiləri, habelə hələ də sanksiyalar siyahısına daxil edilməyən Rusiya neft ixracatçılarını hədəf alacaq.
Nəşrin həmsöhbətlərinin fikrincə, mümkün variantlar arasında banklara Rusiyanın enerji resursları ilə əməliyyatları həyata keçirməyə imkan verən lisenziyanın ləğvi də var.
Töhfə Səməd
tag: ABŞ, Prezident ,Cozef Bayden, Rusiya ,todaypress.az,