Bayden: “Qəzza üçün atəşkəs planı İsrail və HƏMAS tərəfindən qəbul edildi”

Dünya

12.07.2024 10:42

"Mən buna nail olmaq və müharibəni bitirməkdə qərarlıyam".

TodayPress xəbər verir ki, bu sözləri ABŞ prezidenti Cozef Bayden NATO Sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.

“ABŞ Qəzzada atəşkəsə nail olmaq və əsirləri geri qaytarmaq üçün aylardır ki, çalışır. 6 həftə əvvəl irəli sürdüyüm təfərrüatlı plan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, G7, İsrail və HƏMAS tərəfindən qəbul edildi” deyə Bayden bildirib. 

ABŞ prezidneti məsələnin olduqca qəliz olduğunu, lakin ciddi irəliləyişlərin əldə edildiyini açıqlayıb. 

Töhfə Səməd

tag: Qəzza, ABŞ, Bayden, Sammit, İsrail, todaypress.az,