Bayden Putinlə bağlı suala görə jurnalistə əsəbiləşdi

Dünya

14.09.2024 13:31

ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Putinlə bağlı sual verən jurnalistə əsəbiləşib. 

TodayPress xəbər verir ki, Amerika lideri “Sky News” telekanalının müxbirinə onun sözünü kəsdiyinə görə sərt reaksiya verib.

“Mən danışıb qurtarana qədər sus, yaxşı? Eşitdin məni?" deyə Bayden müxbirə səslənib.

Qeyd olunub ki, müxbir sualı Amerika prezidentinin Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə açılış bəyanatını səsləndirərkən verib. Bununla da müxbir xarici liderlərin bəyanatlarından sonra jurnalistlərin sual verə biləcəyi protokolu pozub.

Töhfə Səməd

tag: ABŞ, Bayden, Rusiya, Putin, Amerika, todaypress.az,