Bayden prezidentlik yarışını tərk edir

Dünya

19.07.2024 09:07

872

“Bayden prezidentlik yarışını tərk edəcək, amma Kamala Harrisi dəstəkləməyəcək”. 

TodayPress xəbər verir ki, bu barədə “NewsMax” məlumat yayıb. 

Nəşr yazır ki, Bayden gələn həftənin sonunda namizədliyini geri çələcək. 

"Artıq onun (Bayden) üçün nitq belə hazırlanıb. O, indi prezident kimi fəaliyyətini davam etdirəcək. Lakin özündən sonra vitse-prezident Kamala Harrisin də varis kimi namizədliyini irəli sürməyinə imkan verməyəcək" deyə əlavə edilib.

Xatırladaq ki, Demokratlar Partiyasının Milli Qurultayı avqustun 19-22-də Çikaqoda keçiriləcək.

Töhfə Səməd

tag: Bayden, Prezidentlik, Yarış, Kamala, todaypress.az,