Bayden prezident seçkilərindən geri çəkilməsindən danışdı
Dünya
25.07.2024 05:00
ABŞ Prezidenti Cozef Bayden
ölkə əhalisinə müraciətində seçki yarışından geri çəkilməsini estafeti gənc nəslə
ötürmək niyyəti ilə izah edib.
TodayPress xəbər
verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.
"Ən yaxşısı məşəli gənc nəslə
ötürmək idi, mən də buna qərar verdim. Bu, ölkəni birləşdirməyin ən yaxşı
yoludur" Baydenin müraciətində deyilir.
O, prezident kimi səlahiyyət
müddətinin bitməsinə bir neçə ay qalmış diqqətini iqtisadiyyat və insan
hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə yönəltmək niyyətində olduğuna diqqət
çəkib.
tag: Bayden, ABŞ, Seçki, Ağ Ev, todaypress.az,