Bayden oğlunu əfv etdi
Dünya
02.12.2024 09:25
“Cozef Bayden oğlu Hanteri əfv etdikdən sonra növbəti addımı ABŞ-nin yeni prezidenti Donald Trampa qarşı uydurma işlərdə iştirak edənlərin əfv olunması olacaq”.
TodayPress xəbər verir ki, bunu senator Andrey Klişas öz “Telegram” kanalında paylaşıb.
Onun sözlərinə görə, Baydenin ABŞ lideri kimi çox vaxtı qalmayıb və Demokratlar Partiyası “kifayət qədər işlər görüb”.
Tramp isə Baydenin hərəkətlərini sui-istifadə və ədalətin pozulması adlandırıb.
Hanter özü də əfv elan edildikdən sonra həyatını asılılıqdan əziyyət çəkən insanlara kömək etməyə həsr etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, etdiyi səhvlərə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, Baydenin oğlu Hanteri əfv etməsi faktı dekabrın 2-də məlum olub. Siyasətçinin fikrincə, bu qərar onun ittihamının ədalətsiz olduğuna inanması ilə diktə edilib.
Xatırladaq ki, bu ilin martında ABŞ prokurorları tərəfindən H.Baydenə qarşı silah saxlamaqla bağlı ittiham irəli sürülüb.
O, həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yalan yazılı məlumat verdiyi və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozduğuna görə də ittiham edilir.
İttihamlara əsasən, Baydenin oğlu 25 ilə qədər həbs edilə bilərdi.
Töhfə Səməd
tag: Bayden, ABŞ, Narkotik,Prokuror, İttiham, todaypress.az,