Bayden Netanyahu ilə görüşdü
ABŞ prezidenti Co Bayden Ağ
Evdə ölkədə səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.
TodayPress “RİA Novosti”yə
istinadən xəbər verir ki, Netanyahu Baydenlə görüşə minnətdarlıqla başlayıb. O
50 il ərzində İsraili dəstəklədiyi üçün Baydenə öz təşəkkürünü bildirib.
Netanyahu və Bayden Ağ Evdə
danışıqlara başlamazdan əvvəl mətbuata çox qısa açıqlama veriblər. “The Times
of Israel” nəşrinin yazdığına görə siyasətçilər bir-biri ilə xoş fikir mübadiləsi
apararaq jurnalistlərin çoxsaylı suallarını cavabsız qoyublar.
“Cənab prezident, biz
bir-birimizi 40 ildir tanıyırıq. Siz son 50 ildə İsrailin hər bir baş nazirini
tanıyırsınız. İsrailə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm” deyə Netanyahu tədbirin əvvəlində bildirib.
Netanyahunun səfər çərçivəsində
həmçinin vitse-prezident Kamala Harris və sabiq prezident Donald Trampla da
görüşəcəyi gözlənilir.
tag: ABŞ, Netanyahu, Ağ Ev, İsrail, todaypress.az,