Bayden: "NATO ərazisinin hər qarışını müdafiə edəcəyik"

Dünya

10.07.2024 23:24

ABŞ prezidenti Co Bayden Vaşinqtonda NATO-nun 75-ci ildönümünə həsr olunmuş sammitdə bəyanatında bildirib ki, ittifaq heç vaxt olmadığı qədər güclüdür.

TodayPress xəbər verir ki, Bayden, administrasiyasının müdafiə istehsalına 30 milyard dollar xərclədiyinə işarə edərək, "NATO-nun geridə qalmasına icazə verə bilmərik" deyib.

“Biz NATO ərazisinin hər qarışını müdafiə edə bilərik və edəcəyik... NATO hər zaman üzləşdiyi təhlükələrə hazır olacaq” deyə ABŞ prezidenti qeyd edib.

Nəzrin Cavadzadə

tag: todaypress.az, NATO, ABŞ, Vaşinqton, Co Bayden,