Bayden Mason Lojasına qəbul edildi
Dünya
26.01.2025 17:30
ABŞ-nin keçmiş prezidenti Cozef Baydenə "Ustad Mason" adı verilib.
TodayPress xəbər verir ki, bu barədə Möhtərəm Prins Hool Mason Lojası məlumat yayıb.
Bildirilib ki, keçmiş prezidentə Cənubi Karolina Ştatının Möhtərəm Prins Hall Mason Lojasında “Ustad Mason” kimi üzvlük layiq görülüb.
Adı çəkilən lojanın böyük ustadı Viktor Mayor tərəfindən imzalanan elanda Baydenə "Amerika Birləşmiş Ştatlarına göstərdiyi fövqəladə xidmətlərə görə" üzvlük verildiyi açıqlanıb.
Nicat Osman
tag: ABŞ,Cozef Bayden,Ustad Mason,Cənubi Karolina,todaypress.az,