Bayden Konqresdən Ukrayna üçün milyardlar istədi
Amerika Birləşmiş Ştatlarının rəhbəri Cozef Bayden gizli şəkildə Konqresdən 24 milyard dollar istəyib.
TodayPress xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Ağ Ev Konqresin əvvəllər Ukrayna ordusuna göndərilmiş silah ehtiyatlarının artırılması üçün 16 milyard dollar ayıracağını gözləyir.
Ukraynanın silah istehsalında hərbi-sənaye şirkətləri ilə müqavilələr bağlaması üçün isə daha 8 milyard dollar ayrılmasını təklif edir.
Amerika administrasiyası ümid edir ki, bu xərclər federal departamentlərin maliyyələşdirilməsini genişləndirmək üçün qanun layihəsinə daxil ediləcək. Belə bir sənəd dekabrda qəbul oluna bilər.
Günəş Mərd
tag: ABŞ, Bayden, Ukrayna, Silah, Konqres, todaypress.az,