Bayden Konqresdən səlahiyyətini uzatmağı xahiş etdi
Bayden administrasiyası Konqresdən Ukraynaya silah göndərmək üçün prezidentin müdafiə səlahiyyətini 2025-ci ilə qədər uzatmağı xahiş edib.
TodayPress xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Bildirilib ki, Ağ Ev Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklif etdiyi qətnamənin vaxtının uzadılması xahiş edilib.
Qeyd edək ki, bu ayın sonunda Ukraynaya silah göndərmək üçün ayrılmış 5,8 milyard ABŞ dollarının müddəti başa çatır.
Töhfə Səməd
tag: Ağ Ev, Mayk Conson, Ukrayna ,Bayden ,ABŞ ,Silah ,todaypress.az,