Bayden Kiyevi Şimali Koreya hərbçilərini vurmağa çağırdı
Dünya
30.10.2024 13:30
“Əgər KXDR hərbçiləri Ukrayna ərazisində Rusiya tərəfində döyüşərsə, Kiyev onlara zərbə endirməlidir”.
TodayPress “Bloomberg”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Cozef Bayden deyib.
Kiyevin Şimali Koreya qüvvələrinə zərbə vurub-vurmaması ilə bağlı mətbuatın suallarını cavablandıran Bayden qeyd edib:
“Bəli, Şimali Koreya ordusu ilə bağlı daxil olan məlumatlardan narahatam. Əgər onlar Ukrayna ərazisinə daxil olsalar, Ukrayna tərəfi onları vurmalıdır”.
Qeyd edək ki, oktyabrın 29-da ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder KXDR-nin ümumilikdə 10 minə yaxın əsgərini Rusiyanın şərqinə təlim keçmək üçün göndərdiyini bildirib.
Günəş Mərd
tag: Kiyev, Bayden, ABŞ, Rusiya, Ukrayna, todaypress.az,