Bayden: İsrail və “Hizbullah” Livanda atəşkəs barədə razılığa gəldi
Livanda
İsrail və "Hizbullah" atəşkəslə bağlı razılığa gəlib.
TodayPress xəbər verir ki,
bu barədə məlumatı ABŞ prezidenti Cozef Bayden bildirib.
"İsrailin və Livanın baş nazirləri ilə əlaqə saxladım. Ölkə rəsmiləri ABŞ-nın İsrail və “Hizbullah”
arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul edib" deyə Bayden
Ağ Evin bağçasında çıxışı zamanı deyib.
Bayden
qeyd edib ki, İsrail və “Hizbullah” arasındakı saziş Livan ordusunun 60 gün
ərzində öz ərazisi üzərində nəzarəti bərpa etməsini nəzərdə tutur.
23:12
***
ABŞ Prezidenti Cozef Baydenin bir saatdan sonra xalqa
müraciət edəcək.
TodayPress xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Aynur TAC
tag: Cozef Bayden, Müraciət, ABŞ, Xalq,todaypress.az,