Bayden İranı Trampa qarşı təxribatı dayandırmağa çağırdı
Dünya
12.10.2024 09:00
Amerika prezidenti Cozef Bayden İran hökumətini Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa və digər rəsmilərə qarşı təxribat qurmağı dayandırmağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə "Politico" yazıb. “İrana deyilib ki, Trampa sui-qəsd cəhdi müharibə aktı kimi qiymətləndiriləcək.
Keçmiş dövlət katibi Mayk Pompeo, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və İran üzrə keçmiş xüsusi nümayəndə Brayan Huk İran tərəfindən hədəfə alınıb” məlumatda bildirilib.
Xatırladaq ki, oktyabrın 11-də “The Washington Post” yazmışdı ki, Tramp kampaniyası Amerika hakimiyyətindən respublikaçıları İran təhlükəsindən qorumaq üçün hərbi texnika – seçki kampaniyasının son həftələrində uçuşlar üçün hərbi təyyarələr tələb edib.
İddialara görə, Bayden artıq hazırkı dövlət başçısı kimi namizədin müdafiəsi barədə göstəriş verib.
Günəş Mərd
tag: ABŞ,Tramp,Bayden,İran,Todaypress.az,