Bayden ictimaiyyət qarşısına çıxacaq

Dünya

15.04.2025 17:25

6

“Cozef Bayden Çikaqoda keçirilən konfransda əlillərə dəstək təşkilatlarının nümayəndələri ilə görüşəcək”.

TodayPress xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. 

Bildirilib ki, ABŞ-nin keçmiş prezidenti Cozef Bayden aprelin 15-də Oval kabineti tərk etdikdən sonra ilk dəfə olaraq ictimai çıxış edəcək. 

Bayden Çikaqoda keçirilən əlillərə dəstək verən hüquq müdafiəçiləri, məsləhətçilər və yardım təşkilatlarının milli konfransında iştirak edəcək.

Xatırladaq ki, Bayden prezident seçkilərində iştirakdan imtina edərək namizədliyi ABŞ vitse-prezidenti Kamala Harrisə ötürmüşdü. 

Qiymət Mahir

tag: Cozef Bayden,ABŞ,Kamala Harris,İctimaiyyət,todaypress.az,