Bayden Harrisin adından danışdı: “O, heç vaxt Putinə baş əyməyəcək”
Dünya
20.08.2024 10:37
“Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, Rusiya prezidenti Vladimir Putinə heç vaxt boyun əyməyəcək”.
TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Milli Demokrat Partiyasının Çikaqoda keçirilən qurultayında çıxışı zamanı deyib.
"Mən heç vaxt əyilməmişəm və sizə söz verirəm ki, Kamala Harris də heç vaxt əyilməyəcək" deyə Bayden əlavə edib.
Onun sözlərinə görə, Amerika demokratiyasının özü təhlükə altındadır, lakin ölkə tarixinin ən yaxşı günləri hələ qabaqdadır.
Bayden, ABŞ-nin indi tarixdə dönüş nöqtəsi yaşadığını və noyabrda keçiriləcək prezident seçkilərinin ölkənin gələcəyini müəyyənləşdirəcəyini söyləyib.
Töhfə Səməd
tag: Bayden, Harris, Putin, Amerika, ABŞ, todaypress.az,