Bayden hakimiyyəti dinc yolla Trampa ötürəcəyini söylədi

Dünya

08.11.2024 04:12

ABŞ prezidenti Cozef Bayden hakimiyyəti dinc yolla 2025-ci il yanvarın 20-də andiçmə mərasimi ilə yeni seçilmiş prezident Donald Trampa ötürəcək.

 

TodayPress xəbər verir ki, Bayden bunu ölkədəki prezident seçkilərinin nəticələrindən sonra həmvətənlərinə müraciəti zamanı deyib.


“Mən dünən seçilmiş prezident Trampa zəng edərək onu qələbəsi münasibətilə təbrik etdim və onu əmin etdim ki, bütün administrasiyamı hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün onun komandası ilə işləməyə istiqamətləndirəcəyəm” deyə o bildirib.

tag: Bayden, ABŞ, Tramp, Seçki, Prezident, todaypress.az,