Bayden Gürcüstandakı seçkilərdən narazıdır

Dünya

30.10.2024 11:50

ABŞ prezidenti Cozef Bayden Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən narahatlığını ifadə edib. 

TodayPress xəbər verir ki, onun sözlərini Ağ Ev sitat gətirib.  

“Bayden Tbilisinin demokratiyadan geri çəkilməsindən dərin narahatlığını ifadə etdi. Onun fikrincə, bu, fundamental azadlıqları məhdudlaşdıran qanunların qəbulu ilə bağlıdır. Gürcüstanda keçirilən parlament seçkiləri çoxsaylı sənədləşdirilmiş inzibati resurslardan sui-istifadə, həmçinin seçicilərin hədə-qorxusuna və məcburiyyətinə məruz qalıb” deyə Ağ Evdən qeyd olunub. 

Bayden hökuməti bütün pozuntuları şəffaf şəkildə araşdırmağa, toplaşmaq və ifadə azadlığı hüquqlarını məhdudlaşdırdığı iddia edilən qanunları ləğv etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. “Gürcü Arzusu” partiyası 54,27% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib.

Günəş Mərd

tag: Bayden, ABŞ, Gürcüstan, Ağ Ev, Dünya, todaypress.az,