Bayden Gürcüstanda baş verən hadisələrdən narahatdır

Dünya

30.10.2024 04:22

ABŞ prezidenti Cozef Bayden Gürcüstanda baş verən hadisələrdən narahat olduğunu bildirib.

 

TodayPress xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin dərc edilmiş bəyanatında deyilir.

“Mən ölkənin son vaxtlar demokratiyadan uzaqlaşmasından çox narahatam”, - Bayden qeyd edib.


Bundan əlavə, Bayden ölkədəki parlament seçkilərinin guya “inzibati resurslardan çoxsaylı sui-istifadə, seçicilərin hədə-qorxu və məcburiyyəti” ilə müşayiət olunduğu barədə fikir bildirib.

tag: Bayden, Gürcüstan, ABŞ, Ağ Ev, todaypress.az,