Bayden getməzdən əvvəl Trampa maneyə yaradacaq

Dünya

13.12.2024 09:34

ABŞ prezidenti Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası ölkənin cənub sərhədindəki divarın istifadə olunmamış materiallarını satmaq niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə “Daily Wire” portalı məlumat yayıb.

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin adı açıqlanmayan rəsmisi nəşrə bildirib ki, onların  bunda məqsədi Miladdan əvvəl hər şeyi sərhəddən çıxarmaqdır.

Nəşr yazıb ki, ABŞ-nin hazırkı hakimiyyət orqanlarının belə bir addımı Trampın yeni administrasiyasının miqrasiya ilə mübarizə tədbirləri həyata keçirməsinə mane olacaq. 

Tramp həmçinin seçki kampaniyası zamanı immiqrasiya siyasətinin sərtləşdirilməsini dəfələrlə müdafiə edib. O qeyd edib ki, Bayden administrasiyasının həddindən artıq yumşaq siyasəti ABŞ-nin üçüncü dünya ölkəsinə çevrilməsinə səbəb olub. Bundan əlavə, Tramp bildirib ki, onun seçki proqramına “Avrora əməliyyatı” planı daxildir. Bu plan Venesuela quldur dəstələrinə mənsub bütün qeyri-qanuni miqrantların mühakimə olunmadan həbsini və deportasiyasını nəzərdə tutur.

Günəş Mərd

tag: ABŞ ,Bayden, Tramp, Sərhəd, todaypress.az,