Bayden Floridada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan etdi
Dünya
08.10.2024 01:44
ABŞ Prezidenti Cozef Bayden ştata
yaxınlaşan Milton qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan
edilməsi haqqında sərəncam imzalayıb.
TodayPress-in məlumatına görə, bu barədə Ağ Evin
mətbuat xidməti məlumat yayıb.
Amerika prezidentinin sərəncamı Florida hakimiyyətinə ABŞ
Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması
Agentliyinin köməyini nəzərdə tutur.
Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya qədər
güclənən qasırğanın çərşənbə günü və ya cümə axşamı günü Florida sahillərinə
yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Milton
Floridanın qərb sahillərinə, o cümlədən Tampa körfəzinə hündürlüyü 3 metrdən
çox olan dağıdıcı dalğalar gətirəcək.
tag: Bayden, ABŞ, Florida, Ağ Ev, todaypress.az,