Bayden dənizdə neft və qaz qazma işlərinə qadağa qoydu
Dünya
06.01.2025 19:30
ABŞ prezidenti Cozef Bayden ABŞ-nin Atlantik və Sakit okean sahillərində dənizdə neft və qaz qazma işlərinə qadağa qoyub.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti yayıb.
"Mən Şərq və Qərb sahillərini, şərq Meksika körfəzini və Alyaskanın şimalındakı Berinq dənizini neft və qaz qazmalarından qorumaq üçün tədbirlər görürəm" deyə Bayden bildirib.
O qeyd edib ki, sözügedən ərazilərdə neft və qaz qazma işləri aparmaq riskinə getməyə dəyməz.
Günəş Mərd
tag: ABŞ,Cozef Bayden,Atlantik,Sakit okean,Ağ Ev, todaypress.az,