Bayden Çini tənqid etdi
Dünya
23.09.2024 08:59
ABŞ prezidenti Cozef Bayden Quad sammitindəki çıxışı zamanı Çini tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə "Agence France-Press" yazıb.
"Çin aqressiv olmağa davam edir" deyə Bayden qeyd edib.
Onun sözlərinə görə, Çin Cənubi Çin və Şərqi Çin dənizlərində Amerika səlahiyyətlilərini yoxlayır. Ağ Ev rəhbəri Cənubi Çin, Cənubi Asiya və Tayvan boğazını da diqqətdə saxladıqlarını bəyan edib.
Günəş Mərd
tag: ABŞ, Bayden ,Quad ,Çin ,Ağ Ev ,todaypress.az,