Bayden bir sıra şəxsləri əfv etdi

Dünya

20.01.2025 17:15

ABŞ prezidenti Cozef Bayden, bazar ertəsi vəzifəsini yerinə yetirən varisi Donald Trampın təqiblə hədələdiyi bir sıra adamları qabaqlayıcı əfv edib. 

TodayPress xəbər verir ki, bu barədə Amerika liderinin bəyanatında deyilir.

Əfv olunanlar arasında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri general Mark Milley, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi, həmçinin ABŞ Nümayəndələr Palatasının xüsusi komitəsinin üzvləri də var.  


Töhfə Səməd

tag: Co Bayden,ABŞ,Donald Tramp,Əhf,Dünya,todaypress.az,