Bayden AZAL qəzası ilə bağlı suala cavab verdi
Dünya
31.12.2024 17:35
Cozef Bayden jurnalistlərin Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğraması ilə bağlı olan sualını cavablandırıb.
TodayPress bildirir ki, jurnalist Baydenə "AZAL təyyarəsinin vurulmasına görə Putin məsuliyyət daşıyırmı?" sualı ünvanlayıb.
Putinin məsuliyyəti etiraf edib etməməsi ilə bağlı sualı cavablandıran Bayden belə deyib:
"Görünür, o bunu edib, amma mən onunla və ya komandamla danışmamışam".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
tag: Cozef Bayden,Bakı,Qroznı,AZAL,Aktau,Putin ,todaypress.az,