Bayden Avropa liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Dünya

12.08.2024 23:21

ABŞ prezidenti Cozef Bayden Almaniya, İtaliya, Fransa və Böyük Britaniya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

TodayPress xəbər verir ki, bu  barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

"Düşünürəm ki, siz artıq israilli həmkarlarımızın qorxuları ilə bağlı bəyanatlarını görmüsünüz. Onlar İran və ya onun tərəfdarlarının, bəlkə də, yaxın günlərdə hücumunun getdikcə daha çox ehtimal olunduğunu düşünürlər" o əlavə edib.

O, bildirib ki, israilli həmkarları və regiondakı digər həmkarlarla daimi əlaqədədirlər.

Aytac Müşfiq

tag: ABŞ,İsrail,İran,Co Bayden,Ağ Ev,todaypress.az,