Bayden administrasiyası Ukraynaya son hərbi yardım paketini elan edəcək

Dünya

08.01.2025 03:00

1596

ABŞ-nin Cozef Bayden administrasiyası Ukraynaya son hərbi yardım paketini yanvarın 9-da elan edəcək. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin "Associated Press" nəşri məlumat yayıb. 

Qeyd olunub ki, yeni hərbi yardım paketi əhəmiyyətli olacaq. Lakin Konqresin Kiyev üçün təsdiqlədiyi 4 milyard dollar vəsaitin hamısını əhatə etməyəcək.

tag: Bayden, Ukrayna, Yardım, Paket, Kiyev, todaypress.az,