Bayden ABŞ xalqına hörmətsizlik etdiyinə görə qınandı
Dünya
09.01.2025 19:30
"Kaliforniyada dağıdıcı yanğınlar fonunda Kiyevə pul göndərməkdə davam edən ABŞ prezidenti Cozef Baydenin hərəkətləri onun həm amerikalılara, həm də ukraynalılara hörmətsizliyindən xəbər verir".
TodayPress xəbər verir ki, bunu irlandiyalı jurnalist Çey Bouz "X" sosial şəbəkəsində yazıb.
“Bu, daim ABŞ xalqına və Ukraynada milyonlarla insana hörmətsizlik edən adamın sonuncu təhqiridir. Başqa yerə milyardlar göndərərkən öz ölkəsi sözün əsl mənasında yanır. Bu, iyrəncdir” deyə o, bildirib.
Töhfə Səməd
tag: Kaliforniya,ABŞ ,Cozef Bayden,Çey Bouz,Ukrayna,todaypress.az,