Bayden ABŞ Məxfi Xidmətinə tezliklə yeni rəhbər təyin etməyi planlaşdırır
Dünya
23.07.2024 20:50
“İyulun 13-də baş verənlərin tam
ətraflı aydınlaşdırılması ilə bağlı müstəqil araşdırma davam edir. Araşdırmanın
nəticələrini qiymətləndirməyi səbirsizliklə gözləyirəm. O gün baş verənlərin
bir daha təkrarlana bilməyəcəyini hamımız bilirik. Kim Çitla ən yaxşısını
arzulayıram və tezliklə yeni direktor təyin etməyi planlaşdırıram.”
TodayPress xəbər
verir ki, bu barədə Co Baydenin Ağ Evin mətbuat xidməti tərəfindən dərc olunan
bəyanatında qeyd olunub.
Xatırladaq ki, Kim Çitl ABŞ
prezidentliyinə namizəd Donald Trampa qarşı törədilən sui-qəsdin qarşısını ala
bilməməsinə görə Məxfi Xidmətin rəhbəri vəzifəsindən istefa verib.
Nəzrin Cavadzadə
tag: Bayden, ABŞ, Məxfi Xidmət, Kim Çitl, todaypress.az,