Bayden 39 məhkumu əfv etdi
Dünya
12.12.2024 17:19
ABŞ prezidenti Cozef Bayden qeyri-zorakı cinayətlərdə ittiham olunan 39 məhkumu əfv edib, COVID-19 pandemiyası zamanı ev dustaqlığına buraxılan və ailələrinə uğurla inteqrasiya olunan 1500 nəfərin cəzasını yüngülləşdirib.
TodayPress xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Ağ Evin qeyd edib ki, bu, müasir ABŞ tarixində ən böyük əfv aktıdır. Əfv olunanların adları göstərilmir.
Bayden yaxın vaxtlarda digər şəxslərin də əfv olunmasını nəzərdən keçirəcəyinə söz verib.
Töhfə Səməd
tag: ABŞ, ƏFV, Kommersant, Ağ Ev, todaypress.az,