Bayden: ''270 yaşım var''

Dünya

12.07.2024 23:50

2479

Cozef Bayden bu gün günortadan sonra seçicilərlə görüşüb.

TodayPress xəbər verir ki, yaşı ilə bağlı çıxan mətbuat xəbərlərinə istinad edən Bayden administrasiyasının nailiyyətlərini, xüsusən də həmkarlar ittifaqlarının dəstəyini vurğulayıb.

Prezident yaşı ilə bağlı zarafat etməkdən də geri qalmayıb.

“Hə, hardasa 270 yaşım var” deyə Bayden bildirib.

Bayden həmçinin əlavə edib ki, seçicilərin alternativi, keçmiş prezident Donald Tramp da ondan daha yaxşı bir seçim sayılmır.

"Ümid edirəm, bir az yaş artdıqca, müdriklik də artacaq" o deyib.

"Mən heç vaxt Amerika haqqında indi olduğum qədər optimist olmamışam. İnanın, mən yaxşıyam."

Nəzrin Cavadzadə

tag: todaypress.az, Bayden, Tramp, ABŞ, Prezident seçkiləri,