Bayden 14 ştatda dəstəyini itirdi
Dünya
17.07.2024 15:35
ABŞ prezidenti Cozef Bayden 14 əsas ştatda seçici dəstəyini itirib.
TodayPress xəbər verir ki, bu barədə “CNN”nin Demokratlar Partiyası üçün apardığı “BlueLabs” araşdırmasının nəticələrində qeyd olunub.
Hesabatda deyilir ki, bu ştatlar arasında hazırkı prezidentin 2020-ci ildə keçirilən seçkilərdə böyük dəstək gördüyü Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin da var.
Araşdırmaya görə, Baydenin mövqeyi indi Nevada, Kolorado, Nyu Meksiko, Şimali Karolina, Virciniya, Minnesota, Nyu-Hempşir, Men və Nebraska ştatlarında da sarsılıb.
Araşdırmada 15 min respondent iştirak edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Günəş Mərd
tag: Bayden, Namizədlik, Araşdırma, Neva, Kolorado, Minnesota, todaypress.az,