Batumi-Tbilisi qatarı iki nəfəri öldürdü
Dünya
03.09.2024 15:48
Tbilisinin Didube-Avçala hissəsində baş verən dəmir yolu qəzası nəticəsində iki dəmiryolçu ölüb.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
İlkin məlumatlara görə, işçiləri Batumi-Tbilisi qatarı vurub.
Qatarın hərəkəti dayandırılıb və sərnişinlər xəsarət almayıb.
Gürcüstan Dəmir Yolundan verilən məlumata görə, hazırda hadisənin baş vermə səbələri araşdırılır.
Günəş Mərd
tag: Didube-Avçala, Tbilisi, Gürcüstan, Batumi, Dəmir Yol, Hadisə, todaypress.az,