Baş vermiş müharibə səbəbindən Sudanda 10 milyondan çox köçkün var
10 milyondan çox sudanlı və ya
əhalinin 20 faizi müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində
qalıb.
TodayPress Beynəlxalq
Miqrasiya Təşkilatına (BMT) istinadla xəbər verir ki, böhranın viran qoyduğu Şərqi
Afrika ölkəsinin əhalisinin dünyada ən böyük köçkün böhranı ağırlaşmaqda davam
edir.
Müharibə ona gətirib çıxarıb
ki, əhalinin yarısı, təxminən 50 milyon insan aclıq riski ilə üzləşib və
humanitar köməyə ehtiyacı var. Bu, bir çox ölkənin əhalisindən daha çoxdur.
Beynəlxalq Miqrasiya Təşkilatının
hesabatına görə, müharibə başlayandan bəri 2,2 milyondan çox insan başqa ölkələrə
qaçıb, 7,8 milyona yaxın insan isə ölkə daxilində sığınacaq axtarıb. Daha 2,8
milyon insan isə ölkədə baş vermiş əvvəlki münaqişələr səbəbindən artıq köçkün
idi.
Ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında ötən il paytaxt Xartumda başlayan döyüşlər sürətlə bütün Darfur ərazisinə yayılıb. BMT ekspertləri qeyd edirlər ki, təşkilatın yardım çatdırmaqda çətinlik çəkdiyi Darfurdan miqrasiyanın əsas amili kimi aclıq zorakılığı əvəz edib.
tag: Sudan, Müharibə, Köçkün, Miqrasiya, todaypress.az,