Baş nazir NATO sammitindən imtina etdi

Dünya

02.07.2024 10:22

Avstraliyanın Baş naziri Albanese Entoni Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakdan imtina edib. 

TodayPress xəbər verir ki, bu barədə “Avstraliyanın Sky News” telekanalı məlumat yayıb.

Avstraliyanı bu tədbirdə Baş nazirin müavini və müdafiə naziri Riçard Marles təmsil edəcək. 

Qeyd edək ki, bəzi müşahidəçilər Albanese Entoninin bu qərarını pisləyiblər. Onlar hesab edirlər ki, dünyada və regionda təhlükəsizlik problemlərini nəzərə alaraq, Baş nazirin NATO sammitində iştirakı vacibdir. 

Günəş Mərd

tag: Baş Nazir, NATO, Albanese Entoni, Vaşinqton, Avstraliya, todaypress.az,